Şimali Koreyadan amerikasayağı təklif

Şimali Koreya BMT Təhlükəsizlik Şurasından Pxenyanın insan haqlarını pozmasını tədqiq etmək əvəzinə ABŞ-ın insan haqları sahəsində “qəddar” və “orta ərslərə aid” kimi təsvir etdiyi pozuntuları araşdırmasını tələb edib.

ANS PRESS-in məlumatına görə, bazar ertəsi göndərilən məktubda Şimali Koreyanın BMT-dəki səfiri Ca Sonq Nam Şimali Koreyaya qarşı insan haqları ilə bağlı ittihamların “qondarma” olduğunu və bunun regional və beynəlxalq sülh və təhlükəsizliklə heç bir əlaqəsi olmadığını bildirib.

O deyib ki, bunun əvəzinə beynəlxalq sülhün pozulmasının qarşısının alınması üçün Mərkəzi Kəşfiyyat Agentliyinin işgəncə cinayətləri təcili surətdə Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunmalıdır.

Ca Sonq öz açıqlamalarında ABŞ Senatının ötən həftə Mərkəzi Kəşfiyyat Agentliyinin tətbiq etdiyi qəddar dindirilmə üsulları ilə bağlı yaydığı hesabata istinad edib.

Dünyada insan haqları sahəsində pozuntulara ən çox yol verən Pxenyan bu hesabata istinad edərək, ABŞ-ın digər ölkələrdə insan hüquqlarının durumu ilə bağlı mülahizələr irəli sürməyə haqqı olmadığını bildirib.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyada insan haqları ilə bağlı vəziyyətini gündəmə salınmasına səs verib. Rəsmilər bu məsələnin gələn çərşənbə axşamı və ya çərşənbə günü müzakirə olunacağını bildirib. …read more

From:: ANS