Rusiya qapıları bizə açdı

Son 4 ay ərzində Azərbaycandan Rusiyaya ət və süd məhsullarının ixracı 2 dəfə artıb.

ANS PRESS-in məlumatına görə, “Forbes”də dərc edilən məqalədə bildirilir ki, bu barədə Moskva şəhərinin ticarət departamentinin başçısı Aleksey Nemeryuk jurnalistlərə müsahibəsində qeyd edib.

Nemeryuk bildirib ki, Azərbaycandan savayı Belarus və Qazaxstandan da gələn ərzaqlar Moskvanı qıtlıqdan qurtarıb. “Ümumiyyətlə piştaxtalarda çeşidlər azalmayıb, əksinə çoxalıb. Əgər bir mal siyahıdan çıxıbsa ,onu üç adda ərzaq məhsulu əvəz edib” – deyə Nemeryuk bildirib.

Moskva şəhərinin ticarət departamentinin başçısı bildirib ki, şəhər sanksiyaların gətirə biləcəyi qıtlıqla yüksək səviyyədə mübarizə aparır.

Qonşu ölkələrin dəstəyini qeyd edən Nemeryuk Belarus, Qazaxstan və Azərbaycandan gələn məhsulların iki dəfə çoxaldığını vurğulayıb. …read more

From:: ANS