Əfsanəvi futbolçu karyerasını başa vurdu (VİDEO)

37 yaşlı əfsanəvi fransız futbolçu Tyeri Anri peşəıkar futbolçu karyerasını başa vurduğunu elan edib.

ANS PRESS-in məlumatına görə, bu barədə BBC məlumat yayıb. ABŞ-ın “Nyu-York Red Bullz” klubunun futbolçusunun vida matçı təşkil edib-etməyəcəyi açıqlanmır.

Qeyd edək ki, Tyeri Anri 20 yaşında Fransanın karyerasına “Monako” klubunda başlayıb. Sonradan “Yuventus”, “Arsenal” və İspaniyanın “Barselona” klublarında forma geyinən Anri klub karyerası ərzində 360 qol vurub. Fransa yığmasının forması altında 123 matçda meydana çıxan futbolçu 51 qola imza atıb.

…read more

From:: ANS