Yol hərəkətinə dəyişiklik edildi

“Yolların qorunması ilə bağlı qaydalar sərtləşdirilməlidir”.

ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Tahir Rzayev Milli Məclisin bu günki plenar iclasında çıxışında deyib.

O bildirib ki, cəzaların artırılmasına ehtiyac var: “Yollara yaxın ərazidə obyektlər fəaliyyət göstərir. Bəzən olur ki, 5-6 avtomobil yolun kənarında saxlayır və bununla da tıxac yaranır. Bu məsələlər nəzərə alınmalıdır və gələcəkdə müvafiq addımlar atılmalıdır”, – deyə deputat söyləyib.

Daha sonra “Yol hərəkəti haqqında” qanun layihəsində edilən dəyişikliklər müzakirə olunaraq səsverməyə qoyulub. Qanun layihəsi qəbul olunub. …read more

From:: ANS