Azərbaycanda böyük taxıl sahələri yanıb

Ötən gün Azərbaycanın bir sıra rayonlarında böyük taxıl sahələri yanıb.

ANS PRESS Fövqəladə Hallar Nazirliyininmətbuat xidmətinə istinadən xəbər verir ki, Goranboy rayonu, Gürzallar kəndində bələdiyyəyə məxsus ərazidə 60 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Qusar rayonunda qeydə alınıb. Rayonun Hil kəndində (rayon mərkəzindən 15 km aralı) kənd əhalisinə məxsus 250 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı ferma və yaşayış evləri yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba rayonunda isə Pirvahid kəndində (rayon mərkəzindən 17 km aralı) bələdiyyəyə məxsus ərazidə 50 ha biçilmiş taxıl sahəsi və 0,5 ha quru ot yanıb. Yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS