Çoxdan gözlənilən an (FOTO)

Bakının Ziya Bünyadov prospektində təmiri işləri yekunlaşır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Böyük Şor yol qovşağına birləşən sahəsində və dönmə əməliyyatı üçün nəzərdə tutulan hissəsində asfalt-beton örtüyünün sonuncu qatının vurulması gecə saat 02:00 radələrində başa çatdırılıb.

“Hazırda yolun hərəkət hissəsinin üfiqi nişanlanması işi yerinə yetirilir. Bu işlər başa çatdırıldıqdan sonra yolun bağlı hissəsinin açılması gözlənilir”, – deyə Pünhan Mürsəliyev bildirib.

Qeyd edək ki, paytaxtın ən böyük prospektlərindən birində təmir işləri yekunlaşandan sonra yolda avtomobillərin hərəkəti təmin ediləcək. Bu paytaxtdakı tıxaclarınn qarşısı alınmasına kömək edəcək.

…read more

From:: ANS