Xalaoğlular qan düşməni oldu

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 15-də Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Sadiq Kamranov münaqişə zəminində xalası oğlu İlyas Pəncizadəyə bıçaqla xəsarət yetirib.

Hadisə iki xalaoğlunun arasında şəxsi münaqişələr zəminində baş verən mübahisə zamanı baş verib.

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Kamranov tutulub.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS