Deputatı aldatdılar

“Şəhərdən kənar bir aptektdə dərmana 12 manat verdim. Sonra digər bir aptekdə mənə həmin dərmanı 24 manata təklif etdilər”.

ANS PRESS-in məlumatına görə, bu sözləri millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, dərmanların qiymətinin tənzimlənməsi üçün “Rəqabət Məcəlləsi” haqqında qanun qəbul edilməldir:

“Düzdür, bazar iqtisadiyyatıdır, ancaq mən başa düşə bilmirəm ki, dərman bazarında qiymətləri necə tənzimləmək olar. Əgər “Rəqabət Məcəlləsi” haqqında qanunu qəbul etsək bu məsələni həll edə bilərik. Dərman sahəsi manapoliyadadır. Heç kəs bunu gizlətməsin. Bu qanunun qəbul edilməsi qiymətlərin dəyişməsinə təsir edən deyil. Qanunda “Dövlət qeydiyyatında olan dərmanlar” sözü isə çıxarılmalıdır. Dövlət qeydiyyatında olmayan dərmanlar var ki? Onda belə çıxır ki, insanlara zəhər satırlar? Bu ifadə qanun layihəsindən çıxarılmalıdır”.

Deputat Cavanşir Feyziyev isə Vahid Əhmədova cavabında heç bir inhisardan söhbət gedə bilməyəcəyini deyib. …read more

From:: ANS