Dəhşətin görüntüsü (FOTO)

Pakistanda Taliban hücumuna məruz qalan hərbi məktəbdə ölənlərin sayı 126 nəfərə çatıb. ANS PRESS-in məlumatına görə, insident zamanı 100 nəfərdən çox insan yaralanıb.

Hazırda terrorçularla danışıqlar aparılır.
“Reuters”in məlumatına görə, Taliban sözcüsü Məhəmməd Umar Horasani bilə bilə bu məktəbi hədəfə aldıqlarını deyib. “Ordunun məktəbini seçdik. Çünki hökumət bizim ailələrimizi hədəf alır. Onların da bu acını hiss etməsini istədik”.

Qeyd edək ki, bu gün Pakistanın Peşavar şəhəridə “Taliban” silahlılarının “Tahrik-i Taliban Pakistan” adlı qolu hərbi məktəbə hücum ediblər. İddialara görə, üzərində bomba olan 3 Taliban döyüşcüsü məktəbə daxil olaraq atəş açmağa başlayıb.

Onlar yüzlərlə tələbə və müəllimi girov götürüblər.

Hadisə yerinə çox sayda polis cəlb edilib. Məktəb mühasirəyə alınıb. Pakistan ordusu xilasetmə əməliyyatına başlayıb. Tələbələrin əksəriyyəti arxa qapıdan təhlükəsiz şəkildə çıxarılıb.

Basqın zamanı məktəbdə 500-dən çox tələbə və müəllim olub.

Hadisə yerində çəkilən bəzi fotolar yayılıb. ANS PRESS həmin görüntüləri təqdim edir:

…read more

From:: ANS