Bakıda 60 yaşlı qadından dəhşətli əməl

Bakının Suraxanı rayonunda 60 yaşlı qadın intihar edib.

Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 60 yaşlı Tərlan Təvəkkül qızı Mustafayevanın meyiti yaşadığı evdən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı qadının intihar etdiyi məlum olub.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Lakin deyirlər ki, qadın əsəb xəstəliyindən əziyyət çəkirmi.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS