Bunları bilmək sizə vacibdir

Qida əlavələrindən istifadə zamanı diqqətli olun

Düzgün qidalanma insan sağlamlığında çox mühüm rol oynayır. Gündəlik qida rasionunda kifayət qədər vitaminlər, minerallar, makro və mikroelementlərin olmaması orqanizmin müqavimətini zəiflədir. İnsanı müxtəlif xəstəliklərə qarşı risk altında qoyur. Məhz bunun aradan qaldırılması və qidalara xüsusi qoxu, rəng, tam verilməsi üçün qida əlavələrindən istifadə getdikcə artır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu tendensiyanın özü isə istehlakçıların daha diqqətli olmasını zəruri edir. Belə ki, keyfiyyətsiz, zəruri tələblərə cavab verməyən qida əlavələri və onlardan istifadə edilməklə hazırlanan məhsullar sağlamlıq üçün daha təhlükəli hesab olunur.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bəyan edir ki, hər gün ticarət obyektlərindən müxtəlif ərzaq malları alırıq və bəzən onların tərkibinə baxmırıq. Əslində isə bu məhsulların tərkibindəki konservantlar, qida əlavələri, rəngləndiricilərin bəzilərinin insan orqanizmi üçün təhlükəli olması ehtimalı çox yüksəkdir. Onlara diqqət etmək zəruridir. İctimai iaşə müəssisələrində də yeməklərin hazırlanmasında aşağı keyfiyyətli və həyat üçün təhlükəli ola bilən komponentlərdən, qida əlavələrindən istifadə oluna bilər. Müxtəlif yeməklərin hazırlanmasında, onlarla birlikdə təqdim olunan sous, ketçup və mayonezlərdə çoxlu miqdarda soya və qida əlavələri olur. Ona görə də, istər ticarət, istərsə də ictimai iaşə obyektlərində olarkən diqqətli olun.

Nəzərə alın ki, qida əlavələri təbii və ya süni yolla əldə edilmiş əlavə və yaxud da onların qarışığıdır. Onlar qidanın hazırlanma prosesi zamanı yalnız əlavə kimi tətbiq edilir. Bu əlavələr əsasən texnoloji məqsədlər və ya qidaya müəyyən xüsusiyyətlər (qoxu, rəng, tam və s.) vermək, keyfiyyətli saxlanma, saxlanma və yaxud yararlılıq müddətinin artırılması məqsədilə istifadə olunur. İstehsalçılar tərəfindən texnoloji qida əlavələri əsasən istehsal prosesinin yüngülləşdirilməsi, məhsulun saxlama müddətini artırılması, xarici görünüşünün dəyişdirilməsi və s. məqsədlər üçün istifadə olunur. Ədviyyat və digər qatqılar isə məhsullara əlavə dad verilməsi üçün əlavə edilir. Bioloji aktiv əlavələr isə məhsullara əlavə vitamin və digər faydalı qatqıların əlavə edilməsi üçündür.

Qida əlavələri turşu, konservant, …read more

From:: ANS