Erməni saxtakarlığı ifşa olunur

Dekabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutunda (KİHİ) bu elm müəssisəsinin yeni nəşri olan “Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabının təqdimatı keçirilib.

ANS PRESS-in məlumatına görə, AzərTAc xəbər verir ki, tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva ermənilərin zaman-zaman tarixi saxtalaşdırmaq cəhdlərindən, azərbaycanlı alimlərin erməni müəlliflərin ifşa olunmasında qətiyyətli addımlarından danışıb.

Bildirilib ki, KİHİ-nin əməkdaşı Abbas İslamovun “Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabında ermənilərlə “hay”ların nə kimi əlaqəsinin olmasından, onların tarixi keçmişindən, yazı, dil və əlifbasından söz açılır, yazılı abidələri barədə geniş şərhlər verilir.

Digər çıxış edənlər də erməni saxtakarlığına qarşı informasiya hücumunda yeni kitabın əhəmiyyətini və dəyərli mənbə olduğunu qeyd ediblər.

Kitabda “Ön söz”ün müəllifi Aytən Mustafayevadır. …read more

From:: ANS