Bayrağı endirən şəxs tutuldu

Türkiyənin Adana vilayətində dövlət bayrağını dirəkdən endirən şəxs polis tərəfindən saxlanılıb.

ANS PRESS-in məlumatına görə, hadisə dekabrın 12-də Seyhan rayonunun Dumlupınar məhəlləsindəki orta məktəbdə baş vermişdi.

Faktla bağlı Adana valiliyi açıqlama yayıb:

“Polis idarəsinin apardığı operativ fəaliyyət nəticəsində bayrağın ipinin kəsilməsi hadisəsinin 14 yaşlı H.Ş. tərəfindən törədildiyi müəyyən olunub. Həmin şəxs dekabrın 15-də polislərimiz tərəfindən saxlanılıb. Bu şəxs barəsində bayraq qanununa müxalifət və dövlət əmlakına ziyan vurmaq maddələri ilə məhkəmə iddiası qaldırılacaq”. …read more

From:: ANS