“Sony Xperia E4”ün ilk “casus” şəkilləri (FOTO)

Yaponiyanın “Sony” şirkəti bu ilin sentyabr ayında istehsal edilən “Xperia E3”-ün ardınca hazırlanan smartfonunun üzərində işləri başa çatdırır. ANS PRESS-in İctnews-a istinadən məlumatına görə, Polşanın “Teleguru” resursu “Xperia E4” təsvir edilən ilk şəkilləri ictimaiyyətə təqdim edib.

Bu kadrlara nəzər saldıqda məlum olur ki, “Xperia E4” xarici konstruksiyası ondan öncəki modeldən bir az seçiləcək. Smartfon dəyirmiləşdirilmiş korpusa malik olacaq, çərçivəsi isə ekranın ölçüsü üzrə daha nazik olacaq. Ekran 480×854 piks ölçü və 4,5 düym ilə müqayisədə 540×940 piks ölçü ilə 5 düym daha böyük olacaq.
Modelin daxili aparatından bəhs edərək demək olar ki, o, dördnüvəli “MediaTek MT6582” prosessoruna malikdir.

Smartfonun əməliyyat sistemi versiyası “Android 4.4 KitKat”dır, amma gələcəkdə “Android 5.0 Lollipop”-dək yenilənmə imkanı var.

Mobil qurğu bir və ya iki SİM-kart slotuna malikdir. Satışların başlanması vaxtı 2015-ci ilin mart ayıdır.

…read more

From:: ANS