Azərbaycan gücləndirilmiş iş rejiminə keçir (VİDEO)

Bayram günləri yeni ili evində yox hansısa istirahət məkanında, ya qohumlarla bir arada, ya da paytaxtda yolka ətrafinda qeyd edənlər də nəqliyyat baxımından problemdən üzləşməyəcəklər. Ən azından əlaqədar qurumlar belə vəd edir. Daha doğrusu onların paytaxt əhlinə yeni il hədiyyəsi bundan ibarətdir.

ANS TV-nin məlumatına görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda ictimai nəqliyyat gücləndirilmiş iş rejimində işləyəcək. Nəqliyyat nazirliyindən bildirdilər ki, bayram günü avtobuslar saat gecə 1-ə qədər işləyəcək. Bayram axşamı sərnişinlərin rahatlığını təmin etmək məqsədilə avtobusların işləmə vaxtı uzadılır. Bununla bağlı avtobus sahibkarlarına da xəbərdarlıq edilib.

Yeni il gecəsi Bakı Metropolitenində də gücləndirilmiş iş rejimində çalışacaq. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, hər il olduğu kimi bu il də dekabrın 31-də qatarlar adi günlərdən fərqli olaraq bir saat çox işləyəcək. Dekabrın 31-də metroda iş rejimi bir saat gec bitir. Əgər dövlət əhəmiyyətli şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox işləsin. Bakı Beynəlxalq Avtovağzalı da bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq.

Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin verdiyi məlumata görə, avtovağzal dekabrın 28-dən yanvarın 6-a qədər gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişin sıxlığını nəzərə alaraq, 200-ə qədər əlavə avtobus xəttə buraxılacaq. Əgər adi günlərdə 6-7 min sərnişin vardısa, bayram günlərində onların sayı 14-15 min olacaq. Ona görə də, hər bir istiqamətə əlavə avtobuslar çıxarılacaq. Adi günlərdə xəttə 300-350 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti də bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, ölkədaxili ən çox sərnişin sıxlığı qərb istiqamətində müşahidə olunur. Dekabrın 29-30-u və yanvarın 2-si və 3-də daha çox sərnişin sıxlığı olan istiqamətlərdə əlavə Bakı-Böyük Kəsik və Bakı-Mingəçevir qatarları xəttə buraxılacaq. Bundan başqa, Gürcüstan istiqamətində də sərnişin sıxlığı müşahidə edilir. Nadir Əzməmmədov deyir ki, ötən illərdən fərqli olaraq, bu il Gürcüstan istiqamətində Turist …read more

From:: ANS