Hülya Avşardan müxalifət liderinə operativ cavab

Türkiyənin tanınmış aktrisası və tele aparıcısı Hülya Avşar müxalifət lideri Kamal Kılıçdaroğlunun barəsində dediyi fikirlərə cavab verib. ANS PRESS-in məlumatına görə, avşar qızı Kılıçdaroğlunun fikirləri qarşısında özünü görməməzliyə vuracağını deyib.

“Kılıçdaroğlunun ən böyük səhvi azadlığa və demokratiyaya qarşı olmasıdır. Mən onu daha alicənab bir insan hesab edirdim. Mən fikirlərimi, inandıqlarımı səsləndirməyə davam edəcəyəm. Mən ev sahibi kimi özümü, qonaq Kılıçdaroğlunu görməməzliyə vururam. Fikirlərini azad şəkildə ifadə edənlərə hörmətim var. Yəni, bu da Kılıçdaroğlunun öz fikirləridir deyərək ona salam göndərirəm. 31 illik səhnə fəaliyyətim barədə heç bir şübhəm yoxdur. Kılıçdaroğlunun lider olmadığını bilirəm. Siyasətçi olması barədə isə şübhələrim var”.

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Hülya Avşar barəsində, “Yaltaqdan sənətkar olmaz” – demişdi. …read more

From:: ANS