Türk tankları Ukraynada?

Ukrayna Mariupola göndərmək üçün xarici hərbi texnika almayıb.

ANS PRESS-in məlumatına görə, bunu Mariupolun müdafiə mərkəzinin rəhbəri Roman Sokolov Türkiyədən dəniz yolu ilə Ukraynaya tank çatdırılması ilə əlaqədar yayılan şayələrə cavab olaraq bildirib.

“Türkiyədən dəniz yolu ilə tankların çatdırılması barədə yayılma xəbərlər səhvdir və həqiqətlə heç bir əlaqəsi yoxdur” – deyə Sokolov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə iddia ilə Mariupola gətirilən Türkiyəyə məxsus tank və digər hərbi texnikanın şəkili yayılmışdı.

Bu arada Türkiyənin də üzvü olduğu NATO baş katibi Yens Stoltenberq də Ukraynaya NATO tərəfindən silah çatdırılmasını təkzib edib. Lakin o, alyans üzvləri ölkələrin Ukraynaya hansı köməyin ediləcəyi və nə cür dəstək verəcəyi seçimində azad olduğunu da nəzərə çatdırıb.

Ukraynanın baş naziri Arseni Yatsenyukla birgə mətbuat konfransında Stoltenberq bildirib ki, NATO ölkələri Ukraynaya içində bəzi avadanlıqların da olduğu müxtəlif cür köməkliklər göstərir. …read more

From:: ANS