Bakıda məktəbdə qalmaqal (VİDEO)

Valideynlə məktəb rəhbərliyi üz-üzə gəlib. Birincisi uşaqlarının məktəbdən qovulduğunu iddia etsə də, təhsil ocağının müdiri bunu təkzib edir. Mübahisələrlə müşayiət olunan qarşıdurmada məlum olur ki, uşaqlar bir neçə gündür təhsildən kənarda qalıb, direktor isə onların sənədlərinin qaydasına salınmasını tələb edir.

ANS TV-nin məlumatına görə, əvvələr 203 saylı orta məktəbdə təhsil alan 4-cü və 6-cı sinif şagirdlərinin valideyni Nigar Köksal deyir ki, o, övladlarını 162 saylı təhsil ocağına gətirib. Səbəb isə yeni mənzilə köç etmələri olub. Yəni 162 saylı orta məktəb mənzilə məsafəcə daha yaxın olduğundan, həm də bu məktəbdə rus dili bölməsinin mövcudluğu valideyn üçün əlverişli sayılıb. Ancaq sentyabr ayından bu məktəbdə təhsil alan şagirdlər dekabr ayında təhsil ocağından qovulub. Valideynin dediklərinə görə, məktəbə yeni direktor təyin edilən kimi şagirdlərin günü qaralıb. Direktor isə şagirdləri qovarkən valideynə onların sənədlərinin düz olmadığını bildirib. İndi uşaqlar təhsildən yayınır. Müsahibim Nigar Köksal övladlarının şəxsi işini toplayaraq məktəb direktoruna da təqdim edib. Ancaq buna məhəl qoyulmayıb. Bütün bunlar Nigar xanımın sözləridir.

Valideynin sözlərinə görə, yeni təyin olunan direktor onları məktəbə qəbul etməyəcəyini deyərək uşaqları hara aparacağı barədə heç nə demir: “Bəlkə o, fikirləşir ki, bunları daun məktəbinə aparmalıyam. Hesab etmirəm ki, mənim uşaqlarım daundur ki, daun məktəbinə aparım. Daun olsaydı ən azından rus dilli bölməsinə qoymazdım. Uşaqlarım əlaçıdırlar – ingilis, rus dillərini əla bilirlər”.

Problemlə əlaqədar elə bizdə müsahibimlə birgə üz tutduq 162 saylı orta məktəbə. Əvvəlcə məktəbin müəllimi Aliyə Məhərrəmova bizi qarşıladı. O təsdiqlədi ki, əvvəlki direktorun işlədiyi vaxtlar şagirdlər burada məhz onun sinfində təhsil alıb. Amma bu zaman müəllimin təhsil ocağının yeni fəaliyyətə başlamış rəhbərinin mövqeyini müdafiə etməsi valideynin narazılığına səbəb oldu. Onunla müəllim arasında mübahisə başladı.

Daha sonra məktəbin direktor müavini də söhbətimizə müdaxilə etməli oldu. O bildirdi ki, hazırda təhsil ocağının yeni rəhbəri Məlahət Hüseynova məktəbdə deyil. O, təxminən yarım saatdan sonra burda olacaq. Biz də eləmədik tənbbəlik, direktoru gözlədik. Deyildiyi kimi təhsil ocağının …read more

From:: ANS