Avropanın İslama qarşı dözümsüzlüyü davam edir (FOTO)

İsveçrənin Lozan kantonuna bağlı Orbe qəsəbəsindəki müsəlman təhsil mərkəzi hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, naməlum şəxslər mərkəzin qapısına iki donuz qulağı bağlayıb. Mərkəzdə 23 ildir müəllim işləyən Latifa Housni-Pouly səhər işə gedəndə gördükləri qarşısında şoka düşüb.

Housni-Pouly dərhal polisə xəbər verib və faktla bağlı istintaq başladılıb. Daha əvvəl belə bir hadisəyə şahid olmadığını deyən Pouly hücumu törədənlərin cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, ötən həftə də Almaniyada irqçilər müsəlmanlara qarşı aksiyalar keçirmişdilər.

…read more

From:: ANS