Sumqayıtlıların baş bəlası tutuldu

Sumqayıtda bir neçə ərazidə oğurluq edən şəxsi polis tutub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Sumqayıt şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Süleyman Abdullayev tutulub.

Araşdırmalar zamanı onun Sumqayıtda bir neçə aptekə basqın edərək qarət etdiyi məlum olub. Bundan başqa, saxlanılan şəxs noyabrın 21-də Günel Bağırovaya məxsus mağazanı da talayıb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS