Rubl rekord səviyyədə düşdü

Moskva birjasında dolların məzənnəsi 1,82 rubl bahalaşaraq 60 rublda qərarlaşıb.

Geosiyasi faktorların neqativ təsirləri və Rusiyada iqtisadi artımın pessimistlik doğuran nəticələri neftin aşağı qiymətləri ilə birgə əhval-ruhiyyəyə təzyiq göstərməkdə davam edir.

Bununla belə, yaxın günlərdə Moskvaya qarşı sanksiyaların zəifləməsi və ya iqtisadi artım gözlənilmir. Neft ixrac edən ölkələr hasilatı azaltmaq barədə razılığa gələ bilmədiyindən bu sahədə də vəziyyətin dəyişəcəyi ehtimalı azdır. Yay aylarında barrelin qiyməti 112 dollar olan Brent markalı neft hazırda təxminən 64 dollara satılır.

Ekspertlərin fikrincə, rublun hazırkı ucuzlaşması, həmçinin ölkədən kapital axını və xarici borcun ödənilməsi ilə də əlaqədardır. …read more

From:: ANS