Putindən “at gedişi” (FOTO)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Donbasda vəziyyətin normallaşması üçün Kiyevə gələ bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın “Zerkalo Nedeli” qəzeti yazır.

Qəzetin yazdığına görə, Nazarbayevin Ukraynaya səfəri dekabrın 22-də həyata keçirilə bilər. O, Kiyevdə Ukrayna münaqişəsinin nizamlanması üçün danışıqlarda iştirak edəcək.

Ehtimal edilir ki, Qazaxıstan hökumətində Xarkova humanitar yardımın göndərilməsi barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, bu gün Ukrayna prezident adminstrasiyasının rəhbəri Valeri Çalıy açıqlama verib ki, yaxın günlərdə Pyotr Poroşenko ilə Vladimir Putin arasında görüşün keçirilməsi planlaşdırılır.

…read more

From:: ANS