DİN-nin əməliyyatından görüntülər (VİDEO, FOTO)

Bir çoxları üçün ov əyləncəli məşğuliyyət sayılsa da, çox vaxt qeyri-qanuni ov edənlər də olur.

ANS TV-nin məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının keçirdiyi reyd də məhz qanunu pozan ovçuları nəzarətə almaq idi.

Xəzər dənizinin yaxınlığında yerləşən ov təsərrüfatlarında keçirilən reyddə biz də müşahidələr apardıq. Yoxlamalar zamanı Xızıda – Şuraabad kəndi ərazisindəki sahələrdən başladı. Yenicə ov etmək istəyən naməlum ovçu elə silahını yerdəcə qoyaraq aradan çıxdı.

Reyd daha sonra Şabranda dəniz sahili yaxınlığında davam etdirildi, burada da qeyri-qanuni ov edənlər yaxalandıqlarını görüb gizlənmək istəsələr də çox uzağa gedə bilmədilər.

Polis əməkdaşlarının çətinliklə tutduğu iki nəfər Bakı sakini Ağami İlyasov və Kazım Abdulov icazəsiz ova gəldiklərini etiraf etdilər.

Nazirlik əməkdaşları həmin vətəndaşlara məxsus ov silahlarını müsadirə etdi. DİN Baş ictimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru Rəcəb Məmmədov həmin vətəndaşların İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsilə cərimə ediləcəklərini bildirdi. Qanunsuz ovla bağla reydlərə davam etdiriləcək.

…read more

From:: ANS