Öldürülən Sidney terrorçusu kimdir? (FOTO, VİDEO)

Avstraliya polisi silahlı terrorçunun girovlarla birgə saxladığı Sidney mərkəzindəki, “Lindt” kafesinə hücum anlarının videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, bütün günü davam edən danışıqlardan sonra gecə saatlarında polis kafeyə hüum edərək girovların azad edilməsi əməliyyatını həyata keçirib. Əməliyyat zamanı polis atəş açmaq məcburiyyətində qalıb. Atəş və partlama səslərindən sonra girovlar kafeni qaçaraq tərk ediblər. Polis terrorçunun öldürüldüyünü təsdiq edib. Videoda göründüyü kimi girovlar arasında da ciddi xəsarət alanlar var.

Cinayətkar “Şeyx Xaron” ləqəbli, 49 yaşlı Men Haron Monisdir. Xəbər verilir ki, o, Avstraliyaya 1996-cı ildə İrandan qaçqın statusu ilə gəlib. Əvvəllər o seksual xarakterli cinayətlərdə və qətldə iştrakdan məhkum edilsə də girov müqabilində sərbəst buraxılıb. İctimaiyyətin diqqətini o, Avstraliyanın Əfqanıstana ordu yeritməsinə qarşı aksiya keçirərkən özünə cəlb etmişdi. Bu zaman o 300 saat ictimai işlə cəzalandırılmışdı. Bu ilin aprel ayında Monisi daha 10 cinayət işi ilə bağlı günahkar bilmişdilər. Məhkəmə onun 2015-ci ilin fevralında birinci iclasda iştrakını vacib bilmişdi.

Qeyd edək ki, terror aktı yerli vaxtla bazar ertəsi səhər cərəyan edib. Martin Pleys meydanında olan “Lindt” kafesi içindəki müştərilər ilə birgə silahlı şəxs tərəfindən nəzarətə götürülüb. Cinayətkarın əlində 20 girov olub. Terrorçu girovları əlləri yuxarı vəziyyətdə kafenin vitrinlərinə tərəf düzmüşdü. Bir neçə dəqiqə iki girovun əlində qara bayraq tutulur.

…read more

From:: ANS