Heygelin qorxulu son hesabatı

Pentaqon rəhbəri Çak Heygel ABŞ prezidenti Barak Obamaya hesabat verib.

ANS PRESS-in məlumatına görə, hesabatda Heygel, uzunmüddətli perspektiv üçün Rusiyadan gələn təhlükənin beynəlxalq təhlükəsizlik baxımdan Yaxın Şərqdən gələn təhlükədən daha böyük əhəmiyyət daşıdığını deyib.

Bu barədə “The Wall Street Journal” Amerika Müdafiə Nazirliyində olan yüksəkrütbəli mənbəsinə istinadən xəbər yayıb.

Lakin nəşrin verdiyi məlumata görə, Heygeldən daha maraqlı ikinci bir açılama gəlib. Pentaqon rəhbərinin sözlərinə görə, gözlənilən təhlükənin olmaması üçün Vaşinqton ya Moskva ilə gərginliyin azalması yolunu tapmalı, ya da Çinlə yaxınlaşmanın qarşısını almalı idi.

Qeyd edək ki, Obama 2013-cü ildən Pentaqon rəhbəri olan Çak Heygeli vəzifəsindən azad edib. Heygel xələfi müəyyənləşənə kimi vəzifəsində qalacaq. …read more

From:: ANS