Prezident fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və İran hökumətləri arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilib ki, Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin. …read more

From:: ANS