Azərbaycanda müəmmalı ölüm

Qusarda müəmmalı ölüm hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün Qusar rayon mərkəzi xəstəxanasına bir nəfər ağır bədən xəsarətləri ilə gətirilib. Lakin həkimlər yaralıya müdaxilə edə bilməyiblər. Müayinə zamanı məlum olub ki, Urva kənd sakini Əliheydər Bəhruz oğlu Bayramov dünyasını dəyişib. Bayramovun qohumları onun meyitini xəstəxanadan aparsalar da bir müddət sonra yenidən xəstəxanaya gətiriblər. Meyit tibbi ekspertizaya göndərilib.

Qusar Polis Şöbəsinin rəisi Arif Əsədov bildirdi ki, baş vermiş hadisə ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Onun sözlərinə görə, aparılan araşdırmalardan sonra məsələyə aydınlıq gətirləcək. İlkin ehtimala görə, Əliheydər Bəhruz oğlu Bayramov özünə qəsd edib. …read more

From:: ANS