Cəbhədən son görüntülər (VİDEO)

Dağlıq Qarabağ münaqişəsinin həllini tapa bilməməsi bölgədə yaşayan əhaliyə hər gün yeni bir problem, bir çox ailələrə isə faciələr gətirir. Tərtər rayon ərazisində bu gün də mülki şəxsimizin minaya düşdüyü xəbərini aldıq.

ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, əslən Laçın rayonundan məcburi köçkün olan və ailəsiylə birgə Tərtərin Həsənqaya kəndində məskunlaşmış Zamin Şalıkov Çaylı kəndində çobanlıq edirmiş. 43 yaşlı Zamin bu gün saat təqribən səhər saat 11 radələrində həmin əraziyə qoyunlarının arxasınca gedib.

Ərazidə hava da dumanlı olduğundan Zamin Şalıkov həmin ərazidə azıb və minalanmış sahəyə keçib və bu zaman partayış baş verib. Zamin Şalıkov hadisə yerindəcə dünyasını dəyişib. Hərbiçilərin səyi nəticəsində mərhumun parçalanmış meyiti təhlükəli ərazidən çıxarılıb. Müayinə olunmaq üçün Tərtər Rayon Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinə gətirilib.

“Minaya düşdükdən sonra demək olar ki, qılçası, qolu parçalanmışdı. Hərbiçilərimiz köməklik elədi. Sağ olsunlar, mərhumun meyitini götürdük” – deyə mərhumun qaynı Fəqan Həsənov bildirib.

Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Mərhum Zamin Şalıkovun iki azyaşlı övladı var.

…read more

From:: ANS