Sabah dünyanın taleyi həll olunur (İNFOQRAFİKA)

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) sabah dünya neft bazarının perspektivlərini müəyyənləşdirəcək.

ANS PRESS-in məlumatına görə, kotirovkaların 30 faizlik düşşüşündən sonra eksport karteli digər ixracatçılardan da çoxaltmayacaqları barədə söz alsa ümumi ixracatı azaldacaq.

Rusiya və Meksikanın Səudiyyə Ərəbistanı və Venesuela ilə 25 noyabrda keçirilən Vena görüşü zamanı belə bir zəmanət verdiyi məlum deyil. Məlum olan odur ki, neft ixracatının parallel azaldılmasından söhbət getmir. Tərəflər lazım olduğu təqdirdə 3 ay sonra bir daha görüş təyin ediblər.

İqtisadçılar isə bildirirlər ki, kvotanın azaldılması baş verərsə OPEC ölkələri ABŞ-dan olan bahalı şist yanacağı bazardan sıxışdırıb çıxardacaq, lakin neftin qiymətini 60 dollara kimi aşağı salacaq.

27 noyabr tarixində isə OPEC mərkəzində neft nazirləri iclas keçirəcəklər. Sabah OPEC bazarın dəstəyə ehtiyacı olub-olmadığını müəyyənləşdirəcək. Sərmayədarlar isə səbirsizliklə iclasın nəticələsini gözləyirlər. Belə ki, ən azından 2015-ci ilin ilk kvartalına kimi neft qiymətləri məhz bu iclasın nəticələrindən asılıdır.

Lakin Vyanadan daha bir xəbər sabahki iclasın nəticələrindən danışır. Səudiyyə Ərəbistanı neft naziri Əli ibn İbrahim an-Nuyami bildirib ki, neft istehsal edən ölkələrin hasilatı endirməyə ehtiyac yoxdur.

Onun fikrincə neft qiymətləri özü-özündən düzələcək: “Heç kimin hasilatı azaltması lazım deyil. Bazar özü düzələcək. Səudiyyə Ərəbistanı niyə azaltmalıdır? ABŞ hazırda böyük istehsalçıdır, onlarda hasilatı azaltmalıdırlarmı?”

Lakin The Wall Street Journal bildirir ki, bu sabahkı veriləcək sərt kvota qərardan əvvəl verilmiş kompromisdir.

Müşahidəçilər de-fakto OPEC rəhbəri olan Səudiyyənin gündəlik hasilatı 300 min barrelə endirilməsi təklifi edəcək. Lakin bu qərar İran və Venesuela kimi üzvlərə sər eləmir. Onlarda büdcənin balanslaşdırılması üçün qiymət 100 dollardan Artıq olmalıdır.

12 OPEC ölkəsi dünya neft hasilatının 40 faizini təşkil edir. 2014-cü ilin yayından Brent markalı neftin qiyməti 115 dollardan 80 dollara enib.

…read more

From:: ANS