Beynəlxalq ekspertlər Bakıda (FOTO)

Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olub.

ANS PRESS-in Fonda istinadla verdiyi məlumata förə, ekspertlərin səfəri barədə məlumat verən Layihənin rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova bildirib ki, səfər ötən dövrdə Layihə çərçivəsində görülmüş işlər, aparılmış araşdırmalar, habelə növbəti aylarda yerinə yetirilməsi nəzərdə tutulan işlərin Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri ilə müzakirə edilməsi məqsədi daşıyır.

N.Pənahova həmçinin diqqətə çatdırıb ki, Layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlərin daxil olduğu missiya hazırda yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının (“blueprint”) layihəsi üzərində işləyir. Qanunvericilik bazası üzrə ilkin planın ekspertlərin apardığı araşdırma işlərinin nəticələri əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla tərtib ediləcəyini vurğulayan N.Pənahova deyib ki, bu işlər başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə sənəd layihəsinin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.

Ötən həftə ərzində davam edən səfər çərçivəsində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə çoxsaylı görüş və müzakirələr təşkil olunub, Azərbaycanda pensiya islahatlarının növbəti mərhələsi, habelə yığım komponenti və qeyri-dövlət pensiya təminatının tətbiqinin müxtəlif aspektləri ilə bağlı geniş təqdimatlar nümayiş etdirilib. Öncə, ekspertlər növbəti mərhələdə Azərbaycanın sığorta-pensiya sistemində gerçəkləşdiriləcək islahatlarla bağlı qarşıda duran vəzifələr barədə məlumatlandırılıb. Təqdimatla çıxış edən DSMF-nin Hüquq və strateji araşdırmalar şöbəsinin müdiri Aynur Atayeva Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunan ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri barədə ətraflı məlumat verib. Pensiya islahatı konsepsiyası ilə müəyyən olunan vəzifələrlə bağlı geniş müzakirələr aparılıb.

Ekspertlərin səfəri çərçivəsində təşkil olunan növbəti tədbirdə Latviyalı ekspertlər Jana Muizniece və Dace Brencena təqdimatla çıxış edərək ötən dövr ərzində ekspertlər tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla keçirilən çoxsaylı görüşlərin, eləcə …read more

From:: ANS