Sidneydəki qorxulu anlar (CANLI YAYIM)

Artıq 16 saatdan çoxdur ki, silahlı şəxs Sidneyin mərkəzində Lindit kafesini müştəriləri ilə birgə nəzarətində saxlayır.

ANS PRESS-in məlumatına görə, Yeni Cənubi Uels ştatının polisi hadisəni terror aktı kimi qiymətləndirib.

Təhlükəsizlik baxımdan ətraflı detallar açıqlanmasa da, polisin terrorçu ilə əlaqəyə girməsi məlumdur. Hadisənin motivi barədə də müxtəlif versiyalar mövcuddur. Terrorçular əllərindəki girovları kafenin pəncərələrinin qarşısına düzüblər. Onlar arada bir üzərində ərəbcə yazılar olan qara bayraqlar da yelləyirlər. Ancaq bu bayrağın İŞİD bayrağı olmadığı bildirilir.

Yerli mətbuat terrorçuların “Əl Nusra” təşkilatının üzvləri ola biləcəyini də istisna etməyib. Sidney Universitetinin müəllimi Makkuori Çarlz Nayt iddia edir ki, terror aktı xaricdən gələn dəstək vasitəsilə həyata keçirilir.

…read more

From:: ANS