Totti futbolçunu təpiklədi (VİDEO)

“Roma” və “Genoa” klubları arasında baş tutan matçda qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, səfərdə “Genoa”ya qalib gələn “Roma”da kapitan Tottinin hərəkəti hər kəsi heyrətləndirib. Belə ki, oyunun gərgin keçdiyi bir anda “Genoa” futbolçu zədələnərək yerə yıxılıb.

Bu zaman futbolçular və hakim yerdə yatan Andrea Bertolakinin yanına gəliblər. Ağrı içində yerdə qıvrılan futbolçu Tottidən nəsibini alıb. “Roma”nın kapitanı futbolçunun belinə təpiklə vuraraq onun vəziyyəti ilə maraqlanıb. Bu görüntü kameraların obyektivindən yayınmayıb.

Görüntülər sosial şəbəkələrdə yayılandan sonra bu hadisə günün mövzusu olub. İnsanlar Tottinin bu hərəkətini pisləyiblər.

Qeyd edək ki, oyundan “Roma” 1:0 hesabı ilə qalib ayrılıb.

Totti, Yerde Yatan Futbolcuyu Tekmeledi by haberler …read more

From:: ANS