Məşhur müğənni səhnədə öldü (VİDEO)

Məşhur italiyalı müğənni yüzlərlə pərəstişkarının gözü qarşısında vəfat edib.

ANS PRESS-in məlumatına görə, “Manqo” ləqəbi ilə tanınan dünya şöhrətli müğənni Cuseppe Manqo verdiyi konsert zamanı səhnədə infark keçirib. Mahnısını ifa edən zamanı infarkt keçirən 60 yaşlı müğənni pərəstişkarlarından üzr istəyərək yerə yıxılıb. Bu onun son sözü olub.

Konsertdə iştirak edən yüzlərlə insan bu hadisədən böyük şok yaşayıb.

Manqonun 75 yaşlı qardaşı Ciovanni Manqo bu hadisədən böyük sarsınıt keçirib. Və Manqonun ölümündən yalnız bircə gün sonra o, da vəfat edib.

…read more

From:: ANS