Milyonçu qızından ev fotoları (FOTO)

“Formula 1″in sahibi kimi tanınan milyonçu iş adamı Bernie Ecclestonun daima gündəmdə olmağı bacarar qızı Tamara yenidən müzakirə mövzusuna çevrilib. Tamara ailəsi ilə birgə qeyri-adi foto sessiya etdirib. Fotosessiyada onun əri ilə yanaşı körpə qızı da iştirak edib.

30 yaşlı milyonçu qızının fotoları böyük müzakirəyə səbəb olub. Tamara Jay Rutland və körpə Sofiya ilə birgə Tyler Şieldsin kamerası qarşısına keçib.

Ən çox müzkirəyə səbəb olan foto isə onun qızını əmizdirməsi olub.

Eccleston və Ruthland 70 milyon funt sterlinqlik (təqribən 86 milyon manat) villalarında fotosessiya etdiriblər. Fotolarda əsasən ailənin ev vəziyyəti əks edilib.

Qeyd edək ki, oxşar pozanı daha öncə Gisel Bundxen də vermişdi. Dünya şöhrətli model bir yandan saçı, başı hazırlanarkən bir tərəfdən də qızı Viviana süd verirdi.

…read more

From:: ANS