Yarım saat quyuda qalan yeniyetmə (VİDEO)

Balaxanı qəsəbəsində 14 yaşlı oğlan quyuya düşüb.

ANS TV-nin məlumatına görə, Balaxanıda bir nəfərin köməyə ehtiyacı olması ilə bağlı FHN-nin 112 “qaynar xətti”nə məlumat daxil olub. Sözü gedən ünvana Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Suraxanı rayonu üzrə qrupu yollanıb. İlkin əməliyyat yoxlamaları zamanı diametri 1.5 metr, təxmini dərinliyi isə 25-30 metr olan quyuda düşən şəxs 2000-ci il təvəllüdlü Əhmədov İlkin Fərhad oğludur.

Quyunun dərinliyi və konusvari quruluşa malik olmasını nəzərə alan xilasedicilər, 14 yaşlı oğlanın oradan çıxarmaq üçün alpinist avadanlıqlardan istifadə etmək məcburiyyətində qalıblar. Təxminən yarım saat davam edən əməliyyatın sonunda İlkin Əhmədov burnu belə qanamadan quyudan çıxarılıb.

Nazirliyin əməkdaşları ilə söhbət zamanı yeniyetmə həmin ərazidə yaşıdları ilə tonqal qalmaq istədiklərini və ehtiyyatsızlıqdan quyuya düşdüyünü deyib.

Xilasedici Zamin Gülməmmədov quyunun ətrafında isinmək üçün üç uşağın tonqal qalayan zaman İlkin Əhmədovun quyuya düşdüyünü deyir.

Havanın işıqlı vaxtı yenidən əraziyə baş çəkən Nazirlik əməkdaşları, hadisə yerində yenidən müayinələr aparıb.
Ərazidə aparılan müşahidələrdən sonra belə qənaətə gəlmək olur ki, uşaq quyuya ehtiyyatsızlıqdan düşməyə də bilər. Çünki quyu taxta ilə əhatə olunub, ehtimal olnuru ki, uşaq həmin taxtalardan götürüb yandırmaq istəyərkən quyuya düşüb.

…read more

From:: ANS