Qubada bıçaqlanan yeznənin həkimi danışdı (VİDEO)

Qubada isə iki qohum arasında baş verən mübahisə birini xəstəxanalıq, digərini həbsxanalıq edib.

ANS TV-nin məlumatına görə, hadisə ötən gün gecə saatlarında Qubanın Amsar kəndində qeydə alınıb. 45 yaşlı Vüqar Zülfüqarov yeznesi, həm də xalası oğlu 49 yaşlı Mehdi Əsgərova bıcaqla xəsarət yeririb. Yaralı dərhal Quba Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə söbəsinə çatdırılıb.

“Xəstə təcili cərrahiyyə əməliyyatına götürülüb. Əməliyyat zamanı məlub olub ki, onun nazik bağırsağı zədələnib. Müvafiq cərrahiyyə əməliyyatı aparılıb”, – deyə həkim Ramazan Fətəliyev bildirib.

Quba polisi yeznəsini bıçaqlayan Vüqar Zülfüqarovu saxlayıb. Şöbədən hazırda istintaq getdiyi bildirildi.

Əldə etdiyimiz məlumata görə, Vüqar Zülfüqarov hadisəni törədən zaman sərxoş olub və mübahisə şəxsi münasibətlər zəminində baş verib.

…read more

From:: ANS