Bakıda uşaqbaz kişini öldürdülər

Bakıda qətl hadisəsi törədən şəxs saxlanılıb.

Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın verdiyi məlumata görə, polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Maştağa qəsəbəsində Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Əliyev Rauf Mikayıl oğlunu bıçaqlayaraq qətlə yetirən 1959-cu il təvəllüdlü Bağırov Yusif Maştağa oğlu tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, R.Əliyevin cəsədi çoxsaylı bıçaq xəsarətləri ilə iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində, Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildə tapılıb.

Yada salaq ki, qətlə yetirilən R.Əliyev əvvəllər uşaqbazlığa və narkotik ticarətinə görə məhkum olunub. …read more

From:: ANS