Gürcülər bizi satır?

“Gürcüstan qonşu ölkələrlə münasibətlərdə öz mənafeyini güdür. Halbuki, xarici siyasət və əməkdaşlıqda ölkələr daim tərəfdaşlarının, həmçinin qonşu ölkənin iqtisadiyyatına ciddi dəstək verən, güclü investisiyalar yatıran Azərbaycanın da maraqlarını nəzərə almalıdır”.

Bu sözləri politoloq Rasim Ağayev Gürcüstanın ermənilər hərbi əməkdaşlığı haqda razılaşmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Gürcüstan daim Ermənistanı dəstəkləyib və Gürcüstanda ermənilər üçün yollar daim açıq olub. Erməni kilsəsinə yardımın ayrılması da bir daha sübut edir ki, gürcülər bu əməllərindən heç vaxt əl çəkməyəcəklər. Gürcüstanın belə bir addım atmasının səbəblərindən biri də odur ki, Ermənistan hər yerdə, həmçinin Moskvada Gürcüstan üçün lobbiçilik edib. Gürcüstanın mövqeyini müdafiə etdiyi üçün Gürcüstan da bunun müqabilində belə bir addım ataraq Ermənistanı unutmadığını bildirmək istəyib.

Rasim Ağayevin fikrincə, belə addımın atılmasında dinin də rolu var. Belə ki, hər iki ölkə xristian ölkəsidir və bu amil də daim öz təsirini edəcək. Çünki Gürcüstan Azərbaycanla əməkdaşlıqdan səmərəli istifadə etdiyi kimi, qonşu ölkələrlə də münasibətlərdə öz mənafeyini güdür. Buna görə də Azərbaycan indən belə öz xarici siyasətində bunları nəzərə almalıdır.

Tofiq Abbasovun fikrincə isə, Gürcüstan qonşu Ermənistanla münasibətləri daha da gərginləşdirməmək, bu ölkə ilə daha yaxınlaşmaq məqsədilə belə bir kompromis səviyyəli qərar verir. “Lakin istənilən halda Gürcüstan yüksək əməkdaşlıq səviyyəsi olan, ölkəyə külli miqdarda investisiya yatıran Azərbaycanın da maraqlarını qorumalı, nəzərə almalı idi”, – deyə o əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın Qərargah rəisi Vaxtanq Kapanadze erməni həmkarının dəvətilə Ermənistanda olub. Gürcü qərargah rəisi həmçinin Ermənistan müdafiə naziri Seyran Ohanyanla görüşüb. Görüşdə Gürcüstanla Ermənistan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. …read more

From:: ANS