Bu günün Ramazan təqvimi (14 iyul)

27 ramazan 1436 – 14 iyul 2015

Imsaq: 04.52
İftar: 21.28

27-ci günün duası: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin”.

“İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

Ayə: “Həqiqətən, Biz onu ((Quranı)) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur.” /Qədr surəsi/

Hədis: “Rəsulullah (s.a.s.): “Allahım, başqa ümmətlərin uzun ömürdə edə bilmədiyi (xeyirli) əməlləri ümmətimə qısa ömürdə nəsib et”, – deyə dua etdi. Allah da Ona min aydan daha xeyirli olan Qədr gecəsini bəxş etdi”.

Ps. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala …read more

From:: ANS