Bakı metrosunda dava

Bu gün səhər saatlarında Bakı Metropolitenində yenə də insident yaşanıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, metronun “20 yanvar” stansiyasına girmək mümkün olmayıb.

Belə ki, stansiyanın girişində qapıların yalnız biri açıq olub. Bu səbəbdən metronun bütün keçidləri sərnişinlərlə dolub. Metroya giriş üçün dava düşüb. Mövcud problem 2 saat müddətinə davam edib.

Məsələ ilə bağlı metropoliten rəhbərliyi açıqlama verib. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, əslində metronun 20 yanvar stansiyasına giriş bağlanmayıb.

“Qapılarda da hər hansı problem yoxdu. Sərnişin sıxlığı olduğu üçün təhlükəsizliklə əlaqədar sərnişin axınını nizamlamaq üçün tədbirlər görülür. Bütün bunlar stansiyada hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçündür. İstər qatarların hərəkətində, istərsə də stansiyada hər hansı nasazlıq, problem yoxdur”, – deyə Nəsimi Paşayev bildirib. …read more

From:: ANS