ASALA terror qurbanından XİN-ə çətin sual

“1915-ci il hadisələrinin 100 illiyi ərəfəsində erməni məsələsi ilə bağlı gerçəkliklərin dünyaya çatdırılmasında, erməni tərəfinin dünyaya yeritməyə çalışdığı fikirlərinin dəyişdirilməsi üçün cəhdlərimiz davam edir”.

ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Nazirlik ASALA terror təşkilatı tərəfindən 1983-cü ildə şəhid edilən türk diplomat Qalib Balkarın qardaşı oğlu Cəlal Kamal Balkarın sorğusuna cavab verib. O sorğusunda “Qondarma erməni soyqırımının 100 illiyi üçün hazırlığınız var?” sualını ünvanlamışdı.

XİN qeyd edib ki, ASALA terrorunun qurbanı olan diplomatların xatirəsi hər il mart ayının 18-də anılır.

“Türkiyə, özünə əminliklə tarixindən aldığı qürurla və işləri ilə 1915-ci il hadisələri ilə bağlı haqsız iddialara qarşı güclü şəkildə mübarizə aparır. Tariximizin qaralanması cəhdlərinə qarşı mübarizə davam etməkdədir”.

Xatırladaq ki, Türkiyənin Belqraddakı səfiri “erməni soyqırımı yoxdur” dediyi üçün terror təşkilatının 2 üzvü tərəfindən öldürülmüşdü. Bir tələbənin də ölümü ilə nəticələnən silahlı basqından bir il sonra Kirkor Levonyan və Raffi Aleksandre Elbekiyan 20 il azadlıqdan məhrum ediliblər. Ammaonlar iki il həbsxanada qalıblar. Onlardan birinin hazırda İrəvanda elektrik işi ilə məşğul olduğu, digərinin isə Livanda yaşadığı deyilir. …read more

From:: ANS