Avropa İttifaqı üçün təhlükə

“Avrozonada iqtisadi böhran tədricən ciddi məcraya yönəlir. Yunanıstandan başlayan bu yol bütün Avropa İttifaqı üçün neqativ rol oynayacaq.”

ANS PRESS-in məlumatına görə, bu barədə “The Guardian” qəzeti yazıb.

Yazı müəllifi Larri Elliottun fikrincə, indi Avropada problemlərin bütöv “buketi” – iqtisadiyyatın zəifliyi, işsizlik, deflyasiya təhlükəsi və ölkələrin inkişafına imkan yaradan valyutanın dəyərdən düşməsi müşahidə olunur. Böhranın ən çox dərinləşəcəyi ehtimal dərəcəsi üzrə riskli zonaya isə Yunanıstan, Portuqaliya, İspaniya, İtaliya və qismən Belçika daxildir.

Onun sözlərinə görə, yaxın bir neçə ayda Avropa İttifaqının iqtisadiyyatla bağlı çox güclü planı olmasa, vəziyyətin daha da kəskinləşməsi qaçılmazdır. Bir sözlə, Avropa İttifaqının dağılmasından əvvəl onu daha dərin iqtisadi böhran gözləyir. …read more

From:: ANS