Gülən həbs edilir?

“Gülən camaatının” lideri kimi tanınan Fətullah Gülən həbs edilə bilər? ANS PRESS-in məlumatına görə, Türkiyədə ötən gündən başayan əməliyyatların başındakı ad olaraq tanınan İstanbul baş prokurorunun vəkili Orhan Kapıcı 31 nəfərin saxlanılacağını deyib.

O, Fətullah Gülənin də bu siyahısa olub-olmaması barədə suala cavabında isə belə deyib: “Hazırda bununla bağlı heç nə deyə bilmərəm”,

“Al Cəzirə”nin iddiasına görə, Gülən əməliyyatın şübhəliləri arasındadır. Amma o xaricdə yaşdığı üçün haqqında saxlanılma qərarı verilməyib.

İddiaya görə, Gülən haqqında toplanan sübutlar Ədliyyə Nazirliyinə göndəriləcək. Bundan sonra onun haqqında “İnterpol”un qırmızı blütenlə axtarışı tələb ediləcək. …read more

From:: ANS