Nüfuzlu turnirin qalibi məlum oldu (FOTO)

Londonda keçirilən Vimbledon tennis turniri başa çatıb.

ANS PRESS-in məlumatına görə, kişilərin mübarizəsində finalda dünya sıralamasında 1-ci olan serbiyalı raketka ustası Novak Cokoviç və dünya ikincisi isveçrəli Roje Federer üz-üzə gəlib. Yarışın ilk iki seti gərginliyi ilə yadda qalıb. İlk setdə serbiyalı tennisçi 7:6 hesabı ilə qalib gəlib. Amma ikinci set Federerin üstünlüyü ilə başa çatıb – 7:6. Növbəti hissələrdə təşəbbüsü ələ alan Cokoviç, 6:4 və 6:3 hesabları ilə qalib gələrək ardıcıl ikinci dəfə nüfuzlu turnirdə çempionluğa yiyələnib.

Dünyanın 1 nömrəli tennisçisi – Novak Cokoviç

Solda – Novak Cokoviç, sağda – Roje Federer

Bu matça qədər turnirlərdə 12 dəfə qarşılaşan idmançılar hərəyə 6 dəfə qələbə qazanmışdılar. Cokoviç bu uğurla həm də rəqibini arxada qoymuş oldu. Serbiyalı raketka ustası bununla da bütün nüfuzlu turnirlərdə 200-üncü qələbəsini qazandı.

Avstraliya açıq, Roland Qarros və Amerika açıq tenis yarışlarından qayda-qanunlarına görə fərqlənən “Vimbledon” turnirinin mükfat fondu da “qrand-slam”lar içərisində ən yüksəkdir. Yaşıl kortda (tennis meydançası) oynanan və mübarizə aparan raketka ustaları yalnız ağ geyimdə iştirak edir. Turnirin bu mövsüm mükafat fondu 1,88 milyon fund sterlinqdi. …read more

From:: ANS