Sürücü yol polisini kapotda sürüdü (VİDEO)

Sürücü yol polisini maşının üstündə sürüdü. ANS PRESS-in məlumatına görə, hadisə Yekatrinburqda baş verib. 22 yaşlı polis serjantı Serqey Ryabkov “Chevrolet Aveo” markalı maşını saxlamaq istəyib. Polis avtomobilə yaxınlaşanda sürücü qəfil hərəkət edib və polisi vurmağa cəhd edib.

Lakin serjant ani hərəkətlə maşının kapotundan yapışıb. Sürücü kapondakı polislə yarım km-dən çox maşın sürə bilib. Sürücü polisi Kosmonavtlar küçəsində ata bilib. Polis ombasından xəsarət alıb.

Baş verənlər yoldaşı bəzi maşınların qeydiyyat kamerası ilə lentə alınıb.

Polis idarəsindən verilən məlumata görə, sürücü 31 yaşlı Denis Şaexov olub. O maşını vəsiqəsi olmadan idarə edib. Polisdən qorxan sürücü qaçmaq qərarına gəlib. Lakin onu şəhərin çıxışında saxlamaq mümkün olub.

İndi o 10 ilə yaxın azadlıqdan məhrum edilə bilər.

…read more

From:: ANS