İranın nüvə danışıqları dalana dirənib

İran və “altılıq” Tehran silah embarqosunun ləğvi barəsində sualda güzəştə gəlməyə müvəffəq olmayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ria Novosti agentliyi xəbər yayıb. Qərbdəki diplomatik mənbə bildirib ki, İran tərəfi yalnız “sazişdən sonra altı aya” embarqonun saxlanılmasına hazır idi.

Tərəflər hələ ki, danışıqlarda ortaq məxrəcə gələ bilmir. Daha əvvəl ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Cavad Zərif və Avropa diplomatiyasının başçısı Federik Moqerini ilə görüşün nəticəsinə görə bildirmişdi ki, İran nüvə problemi üzrə danışıqlarda mürəkkəb suallar qalır.

İrana qarşı sanksiyaların ləğvi ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə axını deməkdir. Qeyd edək ki, İran – Rusiya, ABŞ, Çin, Almaniya, Fransa, Böyük Britaniya “altılığ”ından ibarət beynəlxalq vasitəçilərlə birgə Tehranın nüvə proqramı məsələsində hərtərəfli razılıq üzərində işləyirlər. Danışıqlarda son qərar yaxın günlərdə verilə bilər.

İran və “altılıq” ölkələrin XİN rəhbərləri

Lakin danışıqlarda iştrak edən ölkələrdəki, mənbələrin bildirdiyinə görə İran öhdəlikləri etdiyi təqdirdə tərəflər BMT TŞ-nin məhz hansı yolla yeni qətnaməni qəbul edəcəklərini bilmirlər. Bu isə müzakirələrin uzanmasına səbəb olur. Belə ki, BMT TŞ-də prosedura məsələlərinə dair qərarlar 5 daimi üzvdən əlavə (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) daha 4 qeyri daimi üzvün səs verdiyi təqdirdə qəbul olunmuş sayılır.

İranın nüvə proqramına dair son danışıqlar mayın əvvəlində Nyu-Yorkda baş tutmuşdu. Aprelin əvvəlində isə İran və “altılıq” ölkələri arasında nüvə proqramı üzrə razılaşmanın əsas bəndləri müəyyən edilmiş və çərçivə razılaşması əldə olunmuşdu. Nüvə razılaşmasının imzalanması üçün qoyulan müddət bu il iyunun 30-da başa çatıb.

İran və “altılıq” arasında yeni raund …read more

From:: ANS