Cosef Muskat Bakıya gəlib

Malta Respublikasının Baş naziri Cosef Muskat dekabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Cosef Muskatın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Maltanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Baş nazir Cosef Muskatı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar. …read more

From:: ANS