İctimai nəqliyyatda natəmizlik narahatlıq doğurur (VİDEO)

İctimai nəqliyyat vasitələrində təmizlik qaydalarına riayət olunmaması hər zaman sərnişinlərin haqlı narazılığına səbəb olur. Çünki bu bir çox xəstəliklərin yayılma mənbəyi ola bilər.

Aparılan araşdırma nəticəsində məlum olub ki, yoluxucu xəstəliklərin 51 faizi ictimai nəqliyyat vasitələrilə ötürülür. Burada bir sıra infeksiyalar, xüsusilə yuxarı tənəffüs yollarının xəstəlikləri daha tez yayılır. Çünki çirkli avtobusakı toz xəstəlik törədicilərinin nəfəs yolumuza düşməsini asalşadırır. Bununla yanaşı avtobusların tutacaqları, oturacaqları da bir çox xəstəliklərin mənbəyidir.

Sərnişinlər arasında apardığımız sorğuya əsasən deyə bilərik ki, bir çox paytaxt sakinləri bunlardan xəbərsizdir. Onlar avtobuslardakı təmizilyi döşəmə və pəncərələrin təmizliyilə məhdudlaşdırırlar.

Paytaxt sakini Tağı Əliyev deyir ki, avtobusun təmizliyinə söz ola bilməz, avtobusu zibilliyənlər sərnişinlərdir, sürücü gəlib buranı zibilləmir.

Elə avtobus sürücüləri də hər axşam iş bitdikdən sonra maşınların yuyulduğun bildirərək təmizliyin bununla yekunlaşdığını deyirlər.

“Avtobusda sanitar-gigeyena qaydalarına lazımi səviyyədə əməl olunur. Məhz avtobusların təmizliyinə nəzarət edən işçilər var. Hər gün axşam avtobusda dezinfeksiya işləri həyata keçirilir. Səhər isə tam hazır bir vəziyyətə xəttə buraxılır”, – deyə sürücü Əhəd Kərimov qeyd edib.

Təmizlik dedikdə sanitar-gigiyena qaydalarının gözlənilməsi nəzərdə tutulur. Bu da yalnız kimyəvi təmizlənmə, yəni dezinfeksiya yolu ilə mümkündür. Bir çox avtobuslara diqqətlə baxdıqda isə oturacaqlıran üzlüklərinin, tutacaqların mikrob mənbəyi olduğun açıq aşkar görmək mümkündür.

Resbublikaa gigiyena və epidemiologiya mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovda bu sahədə bir sıra çatışmazlıqların olduğunu deyir:

“Avtobuslarda vaxtaşırı dezinfeksiya işləri aparılmalıdır. Hətta dezinfeksiya işləri aparılarkən mütləq ərazi üzrə fəaliyyət göstərən dezinfeksiya şöbələrilə ikitərəfli müqavilələr bağlanmalıdır. Və mütamadi olaraq dezinfeksiya işləri həyata keçirilməlidir. Çünki bir sıra yolxuçu xəstəliklər ola bilər. Bunlardan isə ən qorxulusu, vərəm xəstəliyidir ki, bu hava damcı yolu ilə yayılır”.

Nazirlər Kabinetinin sərnişindaşıma və baqaj daşıması qaydaları adlı 141 saylı qərarına əsasən sərnişindaşıma üçün nəzərdə tutulan avtonəqliyyat vasitələri təmiz olmalı, sanitar-gigiyenik tələblərə cavab verməlidir.

Nəqliyyat məsələləri üzrə ekpert Ərşad Hüseynovun sözlərinə görə, bu tələblərə cavab verməyən avtobus sahibkarları inzibati məsuliyyətə cəlb olunmalıdır. Bunun üçün isə vaxtaşırı reydlər keçirilməli və sahibkarar …read more

From:: ANS