“Qəbələ” ilkə imza ata biləcək?

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. ANS PRESS-in məlumatına görə, turnirdə Azərbaycanı təmsil edəcək “Qəbələ” doğma meydanda oynayacaq.

“Qırmızı-qaralar” evdə Tiflis “Dinamo”sunu sınağa çəkəcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 21.00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Amori Deleru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Tiflisdə baş tutan ilk oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. “Qəbələ”yə evdə mərhələ keçmək üçün 1:0 hesablı qələbə də sərf edir. Tariхində ilk dəfə ötən mövsüm avrokuboklara çıхan və ilk mərhələdə uduzan “qırmızı-qaralar” “Dinamo” səddini keçməklə ilkə imza atmaq istəyir.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

9 iyul
21.00 Qəbələ (Azərbaycan) – Dinamo (Gürcüstan)
Hakimlər: Amori Deleru, Loran Stien, Mişel Ammonye, Sebastyan Moreyra (Fransa).
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).
Hakim-inspektor: Peter Cons (İngiltərə).
İlk oyun – 1:2.
Qəbələ. Şəhər stadionu. …read more

From:: ANS