Dollara hücum sammiti (FOTO)

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və BRICS ölkələrinin Ufada keçirilən sammitinə qərb media quruluşları heç fikir verməsə də, Rusiya mətbuatı böyük ümid bəsləyir.

ANS PRESS-in məlumatına görə, rus KİV-ləri planetin əhalisinin, demək olar ki, yarısının və dünya ümumi daxili məhsulunun üçdə birinin bu ölkələrin payına düşdüyünü vurğulayır.

Ufa Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS ölkələrinin sammitinə ev sahibliyi edir

2001-ci ildə Çinlə postsovet məkanının Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan kimi ölkələri tərəfindən yaradılmış ŞƏT-ə digər postsovet ölkələri ilə yanaşı Pakistan, Hindistan və Türkiyə kimi iri Asiya ölkələri də maraq göstərir. Rusiya, Çin və Hindistanla yanaşı Braziliya və Cənubi Afrika Respublikasını birləşdirən BRICS isə ən sürətlə inkişaf edən iri ölkələri əhatə edir. Bu ölkələrin dünya iqtisadiyyatı üçün çox vacib olan böyük sayda resurslara malik olması onları daha da əlverişli vəziyyətə çıxarır.

Ufaya enən Vladimir Putin qərbin hücumuna qarşı plan hazırlayır

Amma istənilən halda, Başqırdıstan paytaxtı Ufada keçirilən sammitə ev sahibliyi edən Rusiya üçün ən əlverişli qonaq dünyanın ikinci iqtisadiyyatının sahibi Çindir. Çin lideri Şi Çinpinq ölkəsinin ən önəmli siyasətçilərini özü ilə Ufaya gətirir. Rusiya lideri Vladimir Putin Çinin böyük nümayəndə heyətinin üzvlərinin çoxu ilə demək olar ki, şəxsən görüşür. Rus liderinin bu ehtiramının səbəbi aydındır: Moskva və Pekin artıq qarşılıqlı hesablaşmalarda dollardan imtinaya hazırdırlar.

BRICS ölkələrinin UFA-ya toplaşan liderləri ABŞ-a son zərbəni vurmağa çalışır

Krımın ilhaqından sonra Qərbin sanksiyaları ilə üzləşmiş Vladimir Putin yeni soyuq müharibənin yaratdığı düşmənlərə qarşı Çinin yardımına arxalandığını gizlətmir: “Gizlətməyəcəm, Çindən olan dostlarımızı görmək mənim üçün xüsusilə xoşdur. İqtisadiyyatda və beynəlxalq siyasətdə qarşılaşdığımız çətinlikləri yaxşı bilirik. Amma biz şəksiz ki, güclərimizi birləşdirərək, qarşımızdakı bütün problemlərin öhdəsindən gələ bilərik”, – deyə Putin Şi Çinpinqlə görüşü zamanı vurğulayıb.

Rusiya liderinin Hindistana ümidləri isə yeni neft bazarı ilə bağlıdır. Rusiya mətbuatının yazdığına görə, yaxın 10 il ərzində …read more

From:: ANS